Evə girən oğru yalnız maska oğurladı

Evə girən oğru yalnız maska oğurladı

Türkiyədə qəribə oğurluq baş verib. Aydının Karacasu qəsəbəsində yeni evlənən cütlüyün evinə girən oğru gəlinin cehizindən heç nə götürməyərək ,evdən yalnız maska götürüb çıxıb.

Bizimyol.info Yeni Şafak-a istinadən xəbər verir ki, Ebru Hamamçıoğlu ilə evlənən Mustafa Turkan yeni köçdükləri mənzilə girəndə evin qarışdırıldığını görüb. Polislə birgə aparılan baxış zamanı oğrunun evdən yalnız tibbi maska aparması hamını təəccübləndirib.

“Qəribədir, evdə komyuterim, gəlinin gətirdiyi cehizlər, cehiz boxçaları var idi. Onların hamısını görüb, toxunub, lakin aparmayıb”.- deyə ev sahibi bildirib.

Mənbə: www.bizimyol.info