Dəhşətli partlayış: 11 polis həlak oldu

Dəhşətli partlayış: 11 polis həlak oldu

Əfqanıstanın Nanqarhar və Zabul vilayətlərində bombalı hücum reallaşdırılıb.

Publika.az xəbər verir ki, nəticədə 10 polis həlak olub.

Nanqarhar valiliyinin mətbuat katibi Ataullah Hoqyani mediaya açıqlamasında 11 nəfərin yaralandığını qeyd edib.

Zabulun səlahiyyətli nümayındəsi Əmir Can Alkozay isə 2 polisin xəsarət aldığını qeyd edib.

Hücumun məsuliyyətini heç bir qruplaşma öz üzərinə götürməyib.

Zümrüd

Mənbə: publika.az