Əsgərə nalayiq ifadələr işlədən şəxs həbs olundu

Əsgərə nalayiq ifadələr işlədən şəxs həbs olundu

Ötən həftə Qaradağ rayonunda Daxili Qoşunların əsgərinə qarşı hörmətsizlik edərək, nalayiq ifadələr işlədən şəxs cəzalanıb.

Lent.az -ın məlumatına görə, həmin şəxs 34 yaşlı Orucəli Zərbəliyev Qaradağ rayon məhkəməsinin qərarı ilə 30 sutkalıq həbs olunub.

Faktı Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Lent.az -a təsdiqləyiblər.

Mənbə: lent.az