Məşq zamanı yeniyetməni ildırım vurdu - VİDEO

Məşq zamanı yeniyetməni ildırım vurdu - VİDEO

Rusiyanın paytaxtı Moskvada fövqəladə hadisə baş verib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, paytaxt şəhərdə “Znamya Truda” adlı futbol meydançasında məşq edən 16 yaşlı İvan Zaborskyu ildırım vurub.

Hadisə anı anbaan meydançada olan müşahidə kameralarına əks olunub. Belə ki, yeniyetmə dəmir parçanın üzərində olan topu vuranda bu zaman dəhşətli ildırım çaxıb. Güclü ildırım İvanın boyun nahiyəsinə düşüb. Yeniyetmə tez bir zamanda xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətinin qeyri-stabil olduğunu bildiriblər.
 

 

Mənbə: www.unikal.org