“Qazaxda qadının əri və qayınatasını bıçaqlaması yalandır” - Rəsmi

"Bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə Qazaxda qadının ərini və qayınatasını bıçaqlaması ilə bağlı yayılan məlumatlar yalandır".

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov "Qafqazinfo"ya məlumat verib.

Bildirilir ki, bəzi xəbər saytlarında və sosial şəbəkələrdə Qazax rayonunda qadının əri və qayınatasını bıçaqlaması ilə bağlı məlumat yayılıb. Bu məlumatlar yalandır və dəqiqləşdirilmədən yayımlanıb.

Belə ki, bu gün saat 16 radələrində Qazax şəhər Nəriman Nərimanov qəsəbəsində yaşayan, 1988-ci il təvəllüdlü Rafiq Yaşar oğlu İsmayılov Qazax rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək bildirib ki, ailədaxili mübahisə zəminində qayınanası ,1972-ci il təvəllüdlü Babaqızı Şəfəq Şəmsəddin qızı tərəfindən ona şüşə qabla xəsarət yetirilib. Həmçinin həmin qəsəbədə kirayədə yaşayan Babaqızı Şəfəq Şəmsəddin qızı da Qazax rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək, yaşadığı evdə kürəkəni R.İsmayılov tərəfindən ona xəsarət yetirildiyini bildirib.

Hər iki şəxsin müraciəti ilə bağlı araşdırma aparılır.

Qafqazinfo.az

ƏVVƏLKİ XƏBƏR

Lotu Qulinin dəstə üzvlərinə qarşı keçirilən ƏMƏLİYYATIN VİDEOSU yayıldı

SONRAKI XƏBƏR

Smartfonlar üçün ən məşhur yaddaş istehsalçılarının adları açıqlandı