Mingəçevir polisi şəhərdə sərt karantin rejimi ilə bağlı reyd keçirib

Mingəçevir polisi şəhərdə sərt karantin rejimi ilə bağlı reyd keçirib

Koronavirus infeksiyasının yayılması hallarının qarşısının alınması məqsədilə ölkə ərazisində sosial izolyasiya tədbirləri, məhdudiyyətlər gücləndirilməkdədir.

Yeniavaz.com xəbər verir ki, xüsusi karantin rejimi çərçivəsində o cümlədən Mingəçevirdə də da bir sıra məhdudiyyətlər həyata keçirilir. Bu gün axşam saatlarında Mingəçevir Şəhər Polisi iri marketlərdə, apteklərdə reyd keçirib. Polis karantin qaydalarının pozulmaması ilə bağlı vətəndaşlara tövsiyələrini verir, qaydalara məhəl qoymayan, polis qanunu tələblərinə riayət etməyənlərlə bağlı qanunvericiliyin tələbinə uyğun tədbirlər həyata keçirib. Tibbi maskadan istifadə etməyən vətəndaşlar isə inzibati qaydada cərimələnib.

Reyd zamanı marketlərdə və apteklərdə qoruyucu maska taxmayan, karantin qaydalarını pozan vətəndaşlar aşkarlanıb. Polis əməkdaşları onlarla profilaktik söhbətlər edilib, vətəndaşlara Nazirlər Kabinetinin müvafiq qərarı barədə məlumat verilib.Sakinlərə habelə COVID-19 infeksiyasının Azərbaycan Respublikası ərazisində, o cümlədən Mingəçevir şəhərində də geniş yayılmasının qarşısının alınması üzrə dövlət tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində insanların fərdi evlərində və mənzillərində, daimi və ya müvəqqəti yaşadıqları (olduqları) yerlərdə qalmaları ilə bağlı tələblər izah edilib.

Mənbə: www.yeniavaz.com