Masallıda quldurluq yolu ilə evə daxil olublar - Pul və telefon oğurlayıblar

Masallıda quldurluq yolu ilə evə daxil olublar - Pul və telefon oğurlayıblar

Masallıda quldurluq yolu ilə ev sahibinin pulunu və telefonunu oğurlayan şəxslər saxlanılıb.

Masallı rayonunun İsi kənd sakini Fəxrəddin Əhədov Masallı Rayon Polis Şöbəsinə müraciət edərək gecə saat 3 radələrində naməlum şəxslərin onun yaşadığı evə daxil olduqlarını, ona xəsarət yetirdiklərini və 1600 manat pulunu, həmçinin bir ədəd mobil telefonunu ələ keçirdiklərini bildiriblər. Əməliyyat-axtarış tədbirləri ilə quldurluq əməlini həyata keçirən şəxslərin Lənkəran sakinləri Elvin Məmmədzadə, Rafiq İbadov, Naib Qasımov və Elmar Cəfərli olduqları müəyyən edilib.

Faktla bağlı araşdrıma aparılır.

Mənbə: www.atv.az