Luqansk vilayətindəki meşə yanğınları iki kəndi məhv edib

Luqansk vilayətindəki meşə yanğınları iki kəndi məhv edib

Ukraynanın Dövlət Fövqəladə Hallar Xidmətindən verilən məlumata görə, Ukraynanın Luqansk vilayətində meşə yanğınları nəticəsində ən azı 1 nəfər ölüb, 9 nəfər yaralanıb. Nazirlik yanğınlar zamanı dörd nəfərin öldüyünü də istisna etməyib, lakin bu məlumat hələ rəsmi olaraq təsdiqlənməyib.

Yanğın 6 iyul günortadan sonra Novoaydarski rayonu, Oskolonovka kəndi yaxınlığındakı Borovsk və Axtırsk meşələri ərazisindən başlayıb. İyulun 7-də səhər saatlarında yanğın 85 hektar əraziyə yayılıb və güclü küləklə istilik səbəbindən yanğın Smolyaninovo kəndinə və “Volçiya Yama” bağ evləri kooperativinə yayılıb. Orada 80 kənd evi, Smolyaninovda isə 30 ev yanıb.

Yanğının söndürülməsinə Luqansk və qonşu rayonlardan - Xarkov, Donetsk, Dnepropetrovsk və Poltavadan 360-dan çox yanğınsöndürən cəlb edilməli olub. Novoaydarski rayonu, Kapitanovo kəndi yaxınlığında, təxminən 40 hektar ərazisi olan bir meşə yanğınının söndürülməsində 60-dan çox insan iştirak edib.

2020-ci ilin yazında yanğınlar Jitomir bölgəsində Ukrayna Polesyesini yox etmişdi. Orada yanğın təxminən 30 min hektar meşəni məhv etmişdi və bir neçə kəndə yayılmışdı. 80-ə yaxın ev yanmışdı, yüzdən çox insan evsiz qalmışdı.

Aprel ayında Ukraynanın Çernobıl zonasında yanğın baş vermişdi. Orada, Polesskoe şəhər kəndindəki tərk edilmiş taxta evlər yanmışdı. Aprel ayında baş verən bu yanğınlardan sonra Verxovna Rada alovla diqqətsiz davranışa və yanğın törətməyə görə məsuliyyəti gücləndirmişdi. İndi Ukraynadakı meşələrin məhvi və ya zədələnməsi ilə bağlı cərimə 3.5 mindən 5.5 min dollara qədərdir.

Mənbə: www.amerikaninsesi.org