Türkiyə sahillərində əməliyyat - Göyərtəsində 276 miqrant olan gəmi saxlanılıb

Türkiyənin İzmir şəhəri yaxınlığında göyərtəsində 276 miqrant olan gəmi saxlanılıb.

İzmir polis idarəsinin məlumatına görə, gəmidə yoxlama Narlıdərə rayonu sahillərində aparılıb. Araşdırmalar zamanı məlum olub ki, mühacirlər Əfqanıstan, Banqladeş, Suriya, Mərkəzi Afrika Respublikası, Somali və İran vətəndaşlarıdır. Onlardan 46-sı qadın, 59-u uşaqdır. Miqrantlar İzmirə Türkiyənin müxtəlif rayonlarından gəlib. Mühacirlərin qanunsuz daşınmasını təşkil edən 8 nəfər saxlanılıb.

Atv.az

ƏVVƏLKİ XƏBƏR

Buraxılış imtahanlarının nəticələri elan olundu

SONRAKI XƏBƏR

Liqa 1 klubundan yeni transfer