PKK Suriyada terakt törətdi: ölənlər var

PKK Suriyada terakt törətdi: ölənlər var

Suriyanın Tel Abyad şəhərində bomba quraşdırılmış avtomobilin partladılması nəticəsində 6 dinc sakin ölüb, 7-i isə yaralanıb.

Axar.az xəbər verir ki, vəziyyəti ağır olan 4 yaralı Türkiyəyə aparılıb.

Partlayış nəticəsində ətrafdakı binalar da zərər görüb.

Teraktın YPG-PKK terror qruplaşması tərəfindən törədildiyi ehtimal edilir.

Mənbə: axar.az