Gürcüstanda beşulduzlu oteldə yanğın olub

Gürcüstanda beşulduzlu oteldə yanğın olub

Gürcüstanın Kaxetiya bölgəsindəki beşulduzlu “Radisson Collection” mehmanxanası yanır.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, hazırda oteldəki qonaqlar təxliyə edilir.

“Yanğın baş verib, insanlar təxliyə olunur. Nə olduğunu heç kim bilmir”, - deyə otelin əməkdaşı bildirib.

Fövqəladə vəziyyətin idarə edilməsi xidmətindən jurnalistlərə verilən məlumata görə, güclü tüstüləmə səbəbindən mehmanxananın müştəriləri təxliyə edilir, yanğının səbəbi məlum deyil. Hadisə yerində yanğınsöndürənlər çalışır.

Qeyd edək ki, otel Sinandali kəndində, gürcü şairi Aleksandr Çavçavadzenin tarixi evinin yaxınlığında yerləşir.

Mənbə: apa.az