Bakıda maşın vurdu, bir həftə sonra həkimə getdi

Bakıda maşın vurdu, bir həftə sonra həkimə getdi

Bakıda ötən həftə yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxs bu gün həkimə müraciət edib.

Yenisabah.az xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonunda qeydə alınıb.

Belə ki, ötən həftə yolu keçən 1973-cü il təvəllüdlü Tağızadə Rza Sultanəli oğlunu avtomobil vurub.

Lakin xəsarət alan şəxs bu gün xəstəxanaya gələrək həkimə müraciət edib və həkim nəzarətinə götürülüb.

Faktla bağlı araşdırma aparılır. 

Mənbə: yenisabah.az