FHN-nin əməkdaşları Xaçmazda ağır qəza törətdilər

FHN-nin əməkdaşları Xaçmazda ağır qəza törətdilər

...hadisə Bakı-Gəndov-Yalama yolunun 35-ci kilometrliyinin Xaçmaz rayon MürşüdOba kəndi ərazisindən keçən hissəsində baş verib

FHN-nin əməkdaşları Xaçmazda ağır qəza törətdilər.

İnterAz-ın Şimal bürosunun məlumatına görə, hadisə Bakı-Gəndov-Yalama yolunun 35-ci kilometrliyinin Xaçmaz rayon MürşüdOba kəndi ərazisindən keçən hissəsində baş verib.

Beləki çağırışa gedən Xaçmaz rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 124 nömrəli Yanğından Mühafizə Bölməsi əməkdaşları qəflətən yolda hərəkətlərini dayandırarağ geri qayıdarkən əks istiqamətdə hərəkətdə olan 1988-ci il təvəllüdlü İslamov Sahib Məcnun oğlunun idarə etdiyi VAZ 2101 markalı minik avtomobilinin yoluna çıxıblar.

Qəza nəticəsində VAZ 2101-də olan sürücü İslamov Sahib Məcnun oğlu və sərnişini MürşüdOba kənd sakini 1989-cu il təvəllüdlü Səfiyev Murad Vidadi oğlu Baş-beyin sirkələnməsi üzün çoxsaylı cırığları diaqnozu ilə Xaçmaz Mərkəzi Rayon xəstəxanasının qəbul şöbəsinə gətiriliblər.

Əldə etdiymiz məlumata görə İslamov Sahib Məcnun oğlunun daxili qan axması və sınığları olduğuna görə cərrahiyyə blokuna qaldırılarağ əməliyyat olunub.

Mənbə: www.interaztv.com