Bərdə və Zaqatalada fərdi yaşayış evi yanıb

Bərdə və Zaqatalada fərdi yaşayış evi yanıb

Bərdə rayonunun Gərənə kəndində yanğın baş verib.

APA Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə zamanı ümumi sahəsi 48 kv/m olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Zaqatala rayonunun Çobankol kəndində baş vermiş yanğın zamanı isə ümumi sahəsi 156 kv/m olan kürsülü birmərtəbəli 5 otaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Hər iki yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Mənbə: apa.az