“Effektiv görüntülər” üçün edilən qəddarlıq şoka saldı - VİDEO

“Effektiv görüntülər” üçün edilən qəddarlıq şoka saldı - VİDEO

Turistlərin “möhtəşəm görüntülər” naminə etdikləri qəddarlıq sosial şəbəkə istifadəçilərini şoka salıb. Belə ki, effektiv kadrlar üçün onlar sahilə çıxan suitini döyüblər.

“Lada” portalının verdiyi məlumata görə, Qazaxıstanda baş vermiş dəhşətli hadisə şahidlər tərəfindən qeydə alınıb.

Kadrlarda turistlərin daş və ağaclarla suitini vurduğu, yaxınlıqda dayanan digər istirahət edənlərin isə bu qəddarlığı smartfonlarla qeylə aldığı görünür.

Hadisə şahidinin sözlərinə görə, bu vəhşilik sadəcə əyləncə xatirinə edilib. Bundan sonra döyülmüş heyvan yenidən dənizə atılıb.

Mənbə: www.oxu.az