100 nəfərlik məclisə maskasız gedən 17 yaşlı qız koronavirusdan öldü - FOTO

100 nəfərlik məclisə maskasız gedən 17 yaşlı qız koronavirusdan öldü - FOTO

17 yaşlı qız koronavirusun qurbanı olub.

Milli.Az Mirror-a istinadla xəbər verir ki, ABŞ-ın Florida ştatında yaşayan 17 yaşlı Carsyn Davis Covid-19 virusu səbəbindən dünyasını dəyişib.

İddialara görə, o, bir neçə gün əvvəl 100 nəfərin iştirak etdiyi mərasimə maskasız qatılıb.

Lakin qızın başqa xəstəliyi də olub. Onun ağır xəstəlikdən əziyyət çəkən bədəni koronavirusla mübarizə apara bilməyib və yeniyetmə dünyasını dəyişib. Onun artıq çəkili olması vəziyyəti daha da çətinləşdirib.

Qeyd edək ki, ABŞ koronavirusa yoluxma və ölüm sayına görə siyahıda birinci yerdədir. Burada 3 milyondan çox insan koronavirusa yoluxub, 133,972 nəfər bu virus səbəbli dünyasını dəyişib.

Bəxtiyar Umarlı
Milli.Az

Mənbə: news.milli.az