Tərtərdə imtahan keçiriləcək məktəbdə dezinfeksiya və təmizlik işləri aparılıb

Tərtərdə imtahan keçiriləcək məktəbdə dezinfeksiya və təmizlik işləri aparılıb

 Dövlət İmtahan Mərkəzi tərəfindən iyul ayının 10-da Tərtər rayonunda əvvəlki illərin məzunları üçün ali məktəblərə qəbul imtahanının birinci mərhələsi və üzürlü səbəbdən iştirak edə bilməyən şagirdlər üçün yekun qiymətləndirmə imtahan keçiriləcəkdir.
DİA.AZ xəbər verir ki, imtahanların keçirləcəyi Tərtər şəhər 6 saylı tam orta məktəbdə sanitar qovşaqlar təmir edilib, dezinfeksiya və təmizlik işləri aparılıb, şagirdlərin imtahana buraxılış zamanı toplaşacağı yerlərdə sosial izolyasiya qaydalarına əməl etməsi üçün 2 metrlik ara məsafəsi nişanları çəkilib.
İmtahanlarda iştirak edəcək şagirdlərin tənəffüs yollarını qoruyan tibbi maskalardan istifadəsi və qaydalara riayət etməsi mütləqdir.


Mənbə: www.dia.az