Belqradda koronavirusa görə polislə toqquşma 60 NƏFƏR XƏSARƏT ALDI

Belqradda koronavirusa görə polislə toqquşma 60 NƏFƏR XƏSARƏT ALDI

Serbiyanın paytaxtı Belqradda koronavirusa yoluxma hallarının sayının artması ilə əlaqədar komendant saatı tətbiq edilməsinə qarşı dünən gecə etiraz aksiyası keçirilib.

Virtualaz.org Reuters-ə istinadən bildirir ki, aksiyada minlərlə insan iştirak edib.

Etirazçıların bir qrupu polis kordonunu yararaq parlament binasının ərazisinə daxil ola bilib. Lakin polis onları güc tətbiq etməklə oradan sıxışdırıb çıxarıb. Bu vaxt polislə nümayişçilər arasında toqquşma olub.

Paytaxt polisinin rəisi Vladimir Rebiç Serbiya Milli Televiziyasının efirində deyib ki, polis vəziyyəti nəzarət altına alıb: “Bir neçə saat davam edən iğtişaşları nəzarət altına ala bildik. Toqquşmalarda 43 polis əməkdaşı ağır yaralanıb. Etirazçılar arasında da xəsarət alanlarlar var. Bizdə olan məlumata görə, 17 nümayişçi yaralanıb”.

Mənbə: virtualaz.org