Bakı. Trend:
Çinin mərkəzi hissəsindəki Hubey əyalətində aramsız yağışlar torpaq sürüşmələrinə səbəb olub.
Trend-in məlumatına görə, sürüşmə nəticəsində azı 9 sakin dağıntılar altında qalıb.
Hazırda bölgədə axtarış-xilasetmə işləri aparılır. Hadisə yerinə onlarla könüllü cəlb edilib.
Sinoptiklərin proqnozlarına görə, bölgədə yağıntılar daha bir neçə gün davam edəcək.
Mənbə: az.trend.az