Kirmanşah əyalətində koronavirusdan ölənlərin sayı 12 dəfə artıb

Kirmanşah əyalətində koronavirusdan ölənlərin sayı 12 dəfə artıb

Bu barədə Kirmanşah Tibb Universitetinin rektoru Mahmudrza Muradi iyulun 7-də mediaya açıqlamasında məlumat yayıb.
O bildirib ki, Kirmanşah əyalətində ötən aylarla müqayisədə “Covid-19” infeksiyasndan vəfat edənlərin və xəstəliyə yoluxanların sayı gündən-günə artır: “Kirmanşah əyalətində ötən mart ayına nisbətən koronavirusdan ölənlərin sayı 12 dəfə artıb. Belə ki, əgər mart ayında hər iki gündə 1 nəfər koronavirus pandemiyasından ölürdüsə, Təəssüflər olsun ki, hazırda hər gündə 6 nəfər xəstəlikdən həyatını itirir.
Həmçinin, mart ayında əgər hər gün 32 nəfər xəstəliyə yoluxurdusa, hazırda bu rəqəm 109 nəfərə yüksəlib. Bununla da demək olar ki, iyunun 21-dən bu yana Kirmanşah əyalətinin müxtəlif şəhərlərində “Covid-19” infeksiyasından ölənlərin sayı 102 nəfərə, pandemiya yoluxucu xəstəliyinə tutulanların sayı da 1631 nəfərə yüksəlib” -deyə, Kirmanşah Tibb Universitetinin rektoru Mahmudrza Muradi əlavə edib.

Mənbə: davam.az