İraqda 600 nəfərin basdırıldığı kütləvi məzarlıq aşkar olundu

İraqda 600 nəfərin basdırıldığı kütləvi məzarlıq aşkar olundu

Eastnews.org-un verdiyi xəbərə görə, İraqın Neynəva vilayətində İŞİD terrorçuları tərəfindən öldürülən insanların kütləvi məzarlığı tapılıb.

Bu barədə İraq Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, Mosul şəhərinin Həmidat kəndində 600 nəfərin basdırıldığı kütləvi məzarlıqdan çıxarılan meyitlər aiddiyyatı üzrə təhvil verilib.

Qeyd olunur ki, sözügedən şəxslər üçün yenidən cənazə mərasimi keçiriləcək və ailələrinin də iştirakına icazə veriləcək

Mənbə: eastnews.org