Gümrü hərbi bazasının hərbi qulluqçusunun ölümünün izləri ilə... Məktubun məzmunu nə olub?

Gümrü hərbi bazasının hərbi qulluqçusunun ölümünün izləri ilə... Məktubun məzmunu nə olub?

Xəbər verdiyimiz kimi, iyulun 4-də Gümrüdə Rusiya Federasiyasının vətəndaşı, 20 yaşlı Salixovun meyiti asılmış vəziyyətdə tapılıb. Ölüm hadisəsi ilə bağlı Ermənistan Cinayət Məcəlləsinin 110-cu maddəsi ilə cinayət işi açılıb.

20 yaşlı gənc Rusiyanın 102-ci hərbi bazasında xidmət edib və intihardan əvvəl məktub qoyub.

Məlumata görə, sözügedən bazanın hərbi qulluqçusu məktubunda yazıb: “Mənim bu addımımda heç kimi ittiham etməyin. Mən çox pis vəziyyətə düşmüşəm”.

Hüquq-mühafizə orqanları müəyyənləşdirib ki, onun kazinolara getməyə böyük marağı olub və yığılıb qalmış borcları olub.

 

Mənbə: ordu.az