Uşaq taksiyə qusdu: sürücü gedişhaqqı 3 manat edən qadından 100 manat istədi - FOTO

Uşaq taksiyə qusdu: sürücü gedişhaqqı 3 manat edən qadından 100 manat istədi - FOTO

İzmirin Buca qəsəbəsində qucağında azyaşlı uşağı ilə taksiyə minən qadın, uşağı maşına qusunca sürücü tərəfindən sərt reaksiya ilə qarşılaşıb.

Milli.Az İHA-ya istinadən xəbər verir ki, gedişhaqqı 12 lirə (təxminən 3 manat) edən qadın, avtomobilin təmizlənməsi üçün taksi sürücüsünə 85 lirə (Təxminən 20 manat) verdiyini, ancaq ondan tələb edilən məbləğin 400 lirə (100 manat) olduğunu iddia edib.

Hadisə ictimailəşincə taksi sürücüsünün özbaşınalığına vətəndaşların etirazından sonra şirkət sürücü ilə işinə xitam verib.

Mənbə: news.milli.az