"Starbucks"dan qəhvə sifarişi verən hicablı qadın dəhşətə gəldi - Qabın üstünə elə söz yazılıb ki... - FOTO

"Starbucks"dan qəhvə sifarişi verən hicablı qadın dəhşətə gəldi - Qabın üstünə elə söz yazılıb ki... - FOTO

ABŞ-da müsəlman qadına qarşı dini ayrı seçkilik edilib.

Milli.Az Dailymail-ə istinadla xəbər verir ki, ABŞ-ın Minnesota ştatında yerləşən "Starbucks"dan qəhvə sifariş edən qadın təhqir edilib.

Belə ki, barmen ona üzərində ISIS ( İŞİD ) yazılan qəhvə verib. Ayşə adlı qadın qəhvənin şəklini sosial şəbəkədə yayaraq etirazını bildirib.

Qeyd edək ki, sözügedən kafedə müştərilərin içki qabının üzərinə onların adı yazılır.

Emin
Milli.Az

Mənbə: news.milli.az