ABŞ-da naməlum şəxs adamlara güllə atdı – 7 nəfər yaralandı

ABŞ-da naməlum şəxs adamlara güllə atdı – 7 nəfər yaralandı

ABŞ-ın Nyu-Cersi ştatının Paterson şəhərində baş verən atışmada ən azı 7 nəfər yaralanıb.

KONKRET.az xəbər verir ki, bu barədə məlumatı 8 iyul çərşənbə günü ABC telekanalı yayıb.

Onun sözlərinə görə, hadisə iyulun 7-də axşam baş verib. Atıcı hadisə yerindən maşınla qaçıb. Bu anda təcavüzkarın motivləri bilinmir, polis hadisə ilə əlaqədar istintaq başlayıb.

Dörd yaralının vəziyyəti kritik olaraq qiymətləndirilir, digər üç zərərçəkmiş xəstəxanadan çıxıb, xəsarətləri yüngül olub.

ABŞ-da Cənubi Karolinadakı “Lavish Lounge” gecə klubunda baş verən silahlı atəş nəticəsində ən az 12 nəfərin yaralandığı bildirilib.

Babək Göyüş

KONKRET.az

Mənbə: konkret.az