Daha üç həkim koronavirusa yoluxdu

Daha üç həkim koronavirusa yoluxdu

 

Azərbaycanda daha üç həkim koronavirusa yoluxub.

Oxu.Az-ın məlumatına görə, Bərdə Müalicə Diaqnostika Mərkəzinin həkimlərinin koronavirus testinin nəticəsi müsbət çıxıb.

Onlar Goranboy Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Xəstəxanın baş həkimi İftixar Zeynalov Oxu.Az-a açıqlamasında bildirib ki, hazırda Bərdədəki mərkəzin iki əməkdaşı burada müalicə alır:

“Bərdə Müalicə Diaqnostika Mərkəzindən üç nəfər buraya gətirilmişdi. Bir nəfər artıq evə buraxılıb. İki nəfərin isə vəziyyətli qənaətbəxşdir”.

Qeyd edək ki, Bərdə xəstəxanalarından ümumilikdə altı tibb işçisi COVID-19-a yoluxub.

Mənbə: www.oxu.az