Kür çayı quruyur: Əhali əkin sahələrini necə suvaracaq? – AÇIQLAMA

Kür çayı quruyur: Əhali əkin sahələrini necə suvaracaq? – AÇIQLAMA

Azərbaycanın ən böyük çayı olan və su təchizatında ölkənin əsas su mənbəyi sayılan Kür çayında suyun səviyyəsinin kəskin azalması baş verib.

Bildirilir ki, son bir ayda Kür çayının səviyyəsi bəzi yerlərdə, hətta 2 metrə yaxın enib. Kür qırağında, Neftçalanın 20-yə yaxın kəndində insanlar evlərindən uzaq artezian quyularından su daşımağa məcburdur.

Maraqlıdır, belə olan halda, əkin sahələri necə suvarılacaq? Bunun üçün alternativlər varmı?

Bu barədə Cebhe. info-ya açıqlamasında Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov bildirib ki, belə olan halda ərazidə çox sayda artizan quyuları qazıla bilər:

"Azərbaycanda kifayət qədər su ehtiyatı var. Bir tərəfi dənizdir, digər tərəfi isə dağlar. Əgər Aran zonaya, Bakıya qar, yağış düşmürsə, bu o demək deyil ki, Azərbaycan susuzdur. İran zonasında, Lənkəran, Astara zonasındakı yağıntıların miqdarı 1 metrə yaxındır. Bu da o deməkdir ki, su ilə bağlı problem yoxdur. Bir neçə həftə əvvəl deyildi ki, Şəki - Zaqatala zonasında yay vaxtı yaxınlaşır, suvarma qıtlığı yaranır. Prezident sərəncam verdi ki, 15 min artizan quyusu qazılsın. Bu o deməkdir ki, su ehtiyatı var".

Mənbə: cebhe.info