ABŞ-da atışma olub, yaralananlar var

ABŞ-da atışma olub, yaralananlar var

ABŞ-ın Nyu-Cersi ştatının Paterson şəhərində naməlum şəxslərin açdığı atəş nəticəsində 7 nəfər yaralanıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı “WABC” telekanalı yayıb.

Atışma nəticəsində ağır yaralanan 4 nəfər hospitala yerləşdirilib. Bir müddət sonra 3 yaralı da xəstəxanaya müraciət edib. Hadisə zamanı bir neçə avtomobilə ziyan dəyib.

Atışmanı törədənlər olay yerindən qaçaraq gizləniblər. Onların axtarışı davam edir.

Hadisənin səbəbi araşdırılır.

 

 

Mənbə: moderator.az