Ukrayna keşişi silah alverinə görə tutuldu

Ukrayna keşişi silah alverinə görə tutuldu

Ukraynada silah ticarəti etməkdə şübhəli bilinən 48 yaşlı keşişi saxlayıblar.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı RİA Novosti agentliyi yayıb.

Milli Polis bildirir ki, keşiş Lvov bölgəsindəki öz evində silah anbarı yaradıb.

O, köhnə silahları alaraq yenisi kimi satıb.

Aparılan axtarışlar zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları səkkiz tapança, silah, altı səsboğucu, 165 ədəd döyüş sursatı, əl qumbarası və digər silahlar götürüblər.

Bundan əvvəl tutulan şəxs qanunsuz silah işlətdiyinə görə mühakimə olunub.

Babək Göyüş

KONKRET.az

Mənbə: konkret.az