Avstriyada daş uçqunu olub - 2 ölü

Avstriyada daş uçqunu olub - 2 ölü

Bakı. Trend:

Avstriyanın Ştiriya federal torpağında daş uçqunu nəticəsində 2 nəfər həlak olub.

Trend-in məlumatına görə, daha yeddi nəfər xəsarət alıb.

 

Qeyd olunur ki, hadisə turistlər arasında məşhur Berenşütsklami dərəsində baş verib. Hadisə yerinə xilasedicilər cəlb olunub.

Mənbə: az.trend.az