Rusiyalı hakimdə koronavirus aşkarlandı

Rusiyalı hakimdə koronavirus aşkarlandı

Rusiyalı futbol hakimi Artyom Çistyakovda koronavirus aşkarlanıb.

Sport7.az xəbər verir ki, bu barədə Rusiya Futbol İttifaqının (RFS) rəsmi saytı məlumat yayıb. Referidən götürülən testin nəticəsi müsbət çıxıb. O, Premyer Liqanın 27-ci turunun bu gün "Rostov" və "Ufa" komandaları arasında keçiriləcək matçında ehtiyat hakim funksiyasını yerinə yetirməli idi.

RFS məlum səbəbə görə Çistyakovu həmkarı Vladimir Seldyakovla əvəzləyib.

Bu, Rusiyada futbol hakimləri arasında koronavirusa 2-ci yoluxma halıdır. Daha əvvəl Maksim Qavrilində virusun simptomları aşkarlanmışdı.

Mənbə: sport7.az