Son 24 saat ərzində koronavirusa yoluxanların sayı açıqlandı, sağalanların sayında artım...

Son 24 saat ərzində koronavirusa yoluxanların sayı açıqlandı, sağalanların sayında artım...

Azərbaycanda koronavirus infeksiyasına daha 542 yoluxma faktı qeydə alınıb, 465 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Axar.az-a verilən məlumata görə, COVİD-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 9 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 21 min 916 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 13 min 100 nəfər müalicə olunaraq sağalıb, 274 nəfər vəfat edib. Aktiv xəstə sayı 8542 nəfərdir.

Mənbə: axar.az