Məhkəmə Poroşenkoya qarşı həbs qətimkan tədbiri seçmədi

Məhkəmə Poroşenkoya qarşı həbs qətimkan tədbiri seçmədi

Kiyevin Peçersk rayon məhkəməsi keçmiş prezident Petro Poroşenkoya qarşı həbs qətimkan tədbiri tələbini rədd edib.

KONKRET.az xəbər verir ki, qərar 8 iyul çərşənbə günü keçirilən iclasda hakim Sergey Vovk tərəfindən elan edilib.

Prokurorluq bildirib ki, məhkəməyədək istintaq başa çatıb, ona görə də qətimkan tədbiri seçilməsi məqsədəuyğun deyil.

“Poroşenko Petro Alekseyeviç haqqında cinayət prosesindəki vəsatət baxılmaz qalmalıdır. Qərardan şikayət verilə bilməz” deyə hakim bildirib.

Bundan əvvəl prokurorluq Poroşenkoya şəxsi öhdəlik şəklində qabaqlayıcı tədbir tətbiq edilməsini istəyib.

Qeyd edək ki, bu səhər məlum olub ki, bu cinayət işin istintaqının müddəti üç ay uzadılıb.

Babək Göyüş

KONKRET.az

Mənbə: konkret.az