"Mən həkim olaraq əsgərəm, Cavid isə ön cəbhədəki general..."

"Mən həkim olaraq əsgərəm, Cavid isə ön cəbhədəki general..."

Dostlar, 4 aydır canını xəstələri yolunda qoymuş Cavid dostumuzun vəziyyyəti ağırlaşıb. Bəzi insanlarla danışdım, vəziyyəti stabilləşdirilə bilib.

Amma lazım olarsa, onun sağlığına qovuşdurulması üçün hər şeyin ediləcəyinə söz verildi.

Dr. Mansurun sözü burada yerinə düşür: Biz də həkimik, amma Cavid ön cəbhədə idi.

Mən həkim olaraq əsgərəm, Cavid isə ön cəbhədəki general.

Diqqətdə saxlayaq!

Vasif İsmayıl, Tanınmış cərrah

 

Qeyd edək ki, ATU "Tədris Cərrahiyə Klinikası"nın həkimi Cavid Paşayev koronavirusa yoluxub.

Qeyd edək ki, klinikanın 36 yaşlı reanimasiya müdiri Cavid Paşayev və komandası Covid-19 ilə mübarizəyə ilk qoşulanlardan olub.

 

Məlumata görə, 4 gün əvvəl ağciyər kompüter tomoqrafiya (KT) müayinəsində cüzi dəyişikliklər olsa da, bugünki KT filmlərində xeyli artma müşahidə edilib.

 

 

Mənbə: moderator.az