Şəmkir rayon Mərkəzi Xəstəxanasında COVİD-19 a yoluxan 11 tibb işçisi müalicə alır.
BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata əsasən, müalicə alan şəxslərdən 3-ü həkimdir. Digər 7 nəfər tibb bacısı, daha bir nəfər isə sanitar işçisidir.
Məlumat üçün bildirək ki, Şəmkir rayon Mərkəzi Xəstəxanası COVİD-19 virusuna yoluxan xəstələrin müalicəsində istifadə edilən xüsusi xəstəxanlardan biridir.
BAKU.WS
Mənbə: baku.ws