Əlverişsiz hava şəraiti Türkiyədə böyük fəsadlar yaratmaqda davam edir

Əlverişsiz hava şəraiti Türkiyədə böyük fəsadlar yaratmaqda davam edir

Əlverişsiz hava şəraiti Türkiyənin bəzi bölgələrində yenə də güclü sel və daşqınlar yaradıb.

AZƏRTAC xəbər verir ki, güclü sel Trabzon vilayətinin Yomra, Sürmene, Köprübaşı və Maçka rayonlarında böyük fəsadlar yaradıb. Bölgədə inşa olunan su anbarının tikinti aparılan hissəsini qəflətən su basıb. Burada çalışan 15 işçi çətinliklə xilas olub. Kəndlərə və yaylaqların yollarını lil basıb. Təbi fəlakət bölgəsinə Daxili İşlər Nazirliyinin nəzdindəki Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) xilasedici və bərpa briqadaları cəlb olunub.

Bir gün əvvəl isə, Bolu vilayətinə yumurta irilikdə dolu yağıb. Əkin sahələri və meyvə bağları ciddi zərər çəkib.

Metroloqlar əhalini xəbərdar edib ki, Bolu, Zonguldak, Düzcə, Karabük, Kastamonu, Kırıkkale, Yozgat, Sivas və Artvin bölgələrində əlverişsiz hava şəraiti davam edəcək.

Mənbə: azertag.az