Virusa yoluxan həkimin vəziyyəti pisləşdi

Virusa yoluxan həkimin vəziyyəti pisləşdi

Bir neçə gün əvvəl koronavirusa yoluxan ATU-nun Tədris Cərrahiyyə Klinikasının Reanimasiya şöbəsinin müdiri Cavid Paşayevin vəziyyəti yaxşı deyil.

Axar.az xəbər verir ki, bu barədə jurnalist Fərəh Sabirqızı qeyd edib. O bildirib ki, virus həkimin ciyərlərini zədələyib:

"Cavid Paşayev ATU-nun Tədris Cərrahiyyə Klinikasının Reanimasiya şöbəsinin müdiridir. Bu adam pandemiya başlayandan xəstəxanadan çıxmırdı. Bu müddətdə yüzlərlə xəstə xilas edib. Feysbukdan insanlara yalvarırdı ki, qorunmaq lazımdır. Praktikasını bölüşürdü. Vaxt tapan kimi də ayrı xəstəxanalarda həkim dostlarına köməyə gedirmiş.

İndi özü yoluxub. Neçə gün öz reanimasiya şöbəsində qalıb. 3 günün içində virus proqress edib, ciyərinin əksər hissəsi zədələnib. Vəziyyəti pisdir. Yəqin ki, bu barədə açıqlama yayılacaq".

Mənbə: axar.az