Rusiyada avtomobil səkidə hərəkətdə olan hamilə qadını vurub

Rusiyada avtomobil səkidə hərəkətdə olan hamilə qadını vurub

“Rusiyada "BMW” markalı avtomobilin sürücüsü idarəetməni itirərək səkiyə çıxıb. Bu zaman səkilə hərəkətdə olan 6 aylıq hamilə qadını vurub”.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə şəhər yol polisinin əməkdaşı məlumat verib.

Onun sözlərinə görə, qəza çərşənbə günü Soçi şəhərinin mərkəzində - Parkova küçəsində baş verib.

Həmçinin, "BMW” yol qırağında park edilmiş iki maşına çırpılıb. Hadisə zamanı daha bir piyada xəsarət alıb.

Mənbə: apa.az