ABŞ-da müsəlman polis  vətəndaşların dincliyi uğrunda həlak oldu...-FOTOLAR+VİDEO

ABŞ-da müsəlman polis  vətəndaşların dincliyi uğrunda həlak oldu...-FOTOLAR+VİDEO

Amerikada bir müsəlman polis məmuru vəzifə borcunu yerinə yetirərkən sərxoş amerikalı tərəfindən qətlə yetirilib.

Moderator.az xarici İslam saytlarına istinadla xəbər verir ki, bu haqda yerli Fox6now.com saytı məlumat yayıb.

Ohayo ştatının Toledo şəhərində polis işləyən 26 yaşlı Entoni Dia çağırışa əsasən yoldan keçənlərin şikayət etdiyi bir adamın adekvatlığını yoxlamalı olub. Dia sərxoş amerikalıya yaxınlaşaraq ona nəzakətlə müraciət edib. Lakin o, polisə tərəf dönərək dərhal tapançadan atəş açıb...

"Dia tamamilə qanına qəltan olmuşdu. Onun həyatını xilas etmək üçün edilə bilən hər şey edildi, ancaq, təəssüf ki, bu, mümkün olmadı» -deyə müsəlman polisin həyat yoldaşı bildirib.

Həyatını itirməzdən öncə Entoni xidməti ratsiya vasitəsilə bir mesaj göndərməyi bacarıb: "Doğmalarıma deyin ki, mən onları çox sevirəm..."

“Ailəsi üçün yaşayırdı və polis olmağı çox sevirdi" –deyir Entoninin xanımı.

Müsəlman polis son mənzilə ailəsi, yaxınları, polis həmkarları, ştat, şəhər rəhbərliyi və sakinləri tərəfindən müvafiq islam rituallarıyla müşayiət olunan təntənəli mərasimlə və nəhəng avtomobil karvanıyla yola salınıb.

Mərhumun iki övladı qalıb.

Qatilin 57 yaşlı Edvard Henri olduğu müəyyən edilib. Hadisədən bir neçə saat sonra Henrinin özü meşədə ölü tapılıb - görünür, özünü güllələyib.

Sultan Laçın

 

 

Mənbə: moderator.az