Çində son gündə 9 nəfərdə koronavirus tapıldı

Çində son gündə 9 nəfərdə koronavirus tapıldı

Çində son gündə 9 yeni koronavirus infeksiyası hadisəsi qeydə alınıb. Bunların hamısı xarici ölkələrdən gələnlərdə tapılıb.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı Çin Dövlət Səhiyyə Komitəsi yayıb.

Mənbə bildirir ki, həm də son gündə virusun 6 simptomsuz daşıyıcısı aşkar edilib.

Bu günə qədər Çində koronavirusa yoluxanların ümumi sayı 83 581-ə çatıb, onlardan 4634 xəstə ölüb, 78 590 nəfər sağalıb, 357 xəstə tibbi nəzarətdədir

Mənbə: konkret.az