Bakı sakininə qarşı quldurluq edilib

Bakı sakininə qarşı quldurluq edilib

 

Bakı sakininə qarşı quldurluq edilib.

APA-nın məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonu, Sabunçu qəsəbəsində qeydə alınıb.

Naməlum şəxs Bakı şəhər sakini T. Zeynalovu bıçaqla hədələyərək 500 manat pulunu quldurluq yolu ilə talayıb.

Sabunçu rayon Polis İdarəsinin əməkdaşları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş, 1990-cı il təvəllüdlü Teymur Şahlıyev tutulub.

Faktla bağlı cinayət işi başlanıb.

 

Mənbə: apa.az