Almaniyada koronavirusdan ölənlərin sayı 9048 nəfərə çatıb

Almaniyada koronavirusdan ölənlərin sayı 9048 nəfərə çatıb

Son sutkada Almaniyada koronavirusa 442 yoluxma qeydə alınıb.

Qazet.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin strukturuna daxil olan və COVID-19-la bağlı statistika aparan Robert Kox İnstitutu bildirib.

İnstitutun məlumatına görə, ötən gün ölkədə 10-dan çox adam təhlükəli infeksiyadan ölüb.

Qeyd edilir ki, federativ respublikada virusa yoluxanların ümumi sayı 197 783 nəfərə çatıb. Son sutkada koronavirusdan 12 ölüm qeydə alınıb. Bununla da pandemiya ərzində virusdan ölənlərin ümumi sayı 9 048 nəfərə yüksəlib.

Mənbə: qazet.az