Kürdə bir qız, iki oğlan batdı

Kürdə bir qız, iki oğlan batdı

Kür çayının Zərdab rayonu, Burunlu kəndi ərazisindən keçən hissəsində 3 nəfər batıb.

"Qafqazinfo" FHN-ə istinadən xəbər verir ki, bunlar 1990-cı il təvəllüdlü Yusifov Cavid Arzu oğlu, 2005-ci il təvəllüdlü Hüseynov Rahil Mahir oğlu və 2006-cı il təvəllüdlü İsmayılova Nahidə Rəşadət qızıdır.

Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

***

Kürdə batan üç nəfərdən birinin meyiti tapılıb.

Bu barədə "Qafqazinfo"ya Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi Aqşin Əlili bildirib.

Onun sözlərinə görə, 2006-cı il təvəllüdlü İsmayılova Nahidə Rəşadət qızının meyiti sudan çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.

Mənbə: qafqazinfo.az