Tehranın qərbində partlayış səsləri eşidilib

Tehranın qərbində partlayış səsləri eşidilib

Bakı. Trend:

İranın Tehran vilayətinin qərbində partlayış səsləri eşidilib.

Trend-in məlumatına görə, bu barədə IRIB teleradio yayım korporasıyası bildirib.

Hadisənin Qarmdarre və Kods şəhərləri yaxanlığında baş verdiyi qeyd olunur. Bundan əlavə, bəzi məlumatlara görə, Kods şəhərində işıq sönüb.

Digər təfərrüatlar hələ verilməyib.

Mənbə: az.trend.az