COVID-19 qurbanlarının sayı 554 mini ötdü

COVID-19 qurbanlarının sayı 554 mini ötdü

Dünyada yeni növ koronavirus infeksiyasına yoluxanların sayı artmaqda davam edir. Azvision.az "Worldometers" saytına istinadən xəbər verir ki, hazırda virusa yoluxanların sayı 12 milyon 306 min 165, pandemiya qurbanlarının sayı isə 554 min 803 nəfərdir.

İndiyədək 7 milyon 154 min 596 koronavirus xəstəsi sağalıb.

Xatırladaq ki, COVID-19 virusu ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Pandemya 213 ölkədə qeydə alınıb.

Mənbə: azvision.az