Maşının salonunda qapadılan fəhlənin halı pisləşdi - VİDEO

Maşının salonunda qapadılan fəhlənin halı pisləşdi - VİDEO

Lazımi sənədləri olmayan kişi iş icraçısı tərəfindən maşının salonuna qapadılıb. Hadisə şahidlərinin sözlərinə görə, vəzifəli şəxs bu yolla fəhləni yoxlamadan gizlətmək istəyib. Lakin salon isti olduğundan, kişinin halı pisləşib. Onu polis əməkdaşı xilas edib.

Rusiyada baş verən hadisənin görüntülərini “Moskovskie novosti” “Telegram” kanalı yayımlayıb.

Videoda asayiş keşikçisinin vintaçanın köməyi ilə avtomobilin qapısını açmağa çalışdığı görünür.

Halı pisləşən kişi xəstəxanaya yerləşdirilib.

 

Mənbə: www.oxu.az