Göygöldə ferma yandı - xəsarət alanlar var

Göygöldə ferma yandı - xəsarət alanlar var

Göygöl şəhərində ferma yanıb.

Modern.az xəbər verir ki, hadisə Fikrət Əmirov qəsəbəsində qeydə alınıb.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən briqadası cəlb olunub. Hadisə zamanı 2 nəfər tüstüdən zəhərlənib. Zəhərlənənlər FHN-in əməkdaşlarıdır. Onlardan biri Göygöl Mərkəzi Rayon Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Digər şəxs isə Gəncə şəhərində yerləşən xəstəxanaların birinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.(Report)

Mənbə: modern.az