Zaqatalada sahibkarın evindən küllü miqdarda pul oğurlanıb

Zaqatalada sahibkarın evindən küllü miqdarda pul oğurlanıb

Zaqatalada sahibkarın evindən küllü miqdarda pul oğurlanıb.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə iyulun 8-i axşam saatlarında baş verib. Nəməlum şəxs və yaxud şəxslər rayonun Çökək kənd sakini Şahin İsmayıl oğlu Sərdarovun yaşadığı evin pəncərəsinin dəmir barmaqlıqlarını dağıdaraq içəri daxil olub və oradan içərisində 30 min manat və 6 min 800 ABŞ dolları olan dəmir seyfi aparıblar.

Soyğunçular evə daxil olan zaman evdə ev sahiblərindən heç kim olmayıb. Ş. Sərdarov Zaqatala bazarı ərazisində ticarətlə məşğuldur.

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.

Mənbə: apa.az