Bakıda bir neçə gün qabaq yük maşınının altında qalaraq ölən şəxsin kimliyi müəyyənləşib

Bakıda bir neçə gün qabaq yük maşınının altında qalaraq ölən şəxsin kimliyi müəyyənləşib

Bakıda bir neçə gün qabaq yük maşınının altında qalaraq ölən şəxsin kimliyi müəyyənləşib.

APA-nın məlumatına görə, iyulun 4-də Nərimanov rayonu Ziya Bünyadov prospektində Bakı şəhər sakini, 1958-ci il təvəllüdlü Zakir Abbasovun idarə etdiyi yük avtomobili piyada olan 30-40 yaşlarında kişini əzərək öldürüb.

Faktla bağlı cinayət işi başlanıb. Nərimanov rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi, İstintaq Şöbəsi və 17-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisə zaman ölən şəxsin Kürdəmir rayon sakini, 1989-cu il təvəllüdlü Məhəmməd Məmmədov olduğu müəyyən edilib.

Cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

 

Mənbə: apa.az