İstanbulda İŞİD əməliyyatı: Azərbaycan vətəndaşı Elbrus da tutuldu

İstanbulda İŞİD əməliyyatı: Azərbaycan vətəndaşı Elbrus da tutuldu

İstanbul polisinin terrorla mübarizə şöbəsinin əməliyyatçıları İŞİD terror qruplaşmasına qarşı əməliyyat keçirib və 10 nəfəri həbs edib.

Virtualaz.org Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, onların arasında bir Azərbaycan vətəndaşı da var.

Xəbərə əsasən polis İŞİD-in İstanbulda xarici döyüşçülərdən ibarət özəyinin fəaliyyət göstərdiyi barədə əməliyyat məlumatları əldə edib. Məlum olub ki, özəyin üzvləri sosial şəbəkələrdə İŞİD-in təbliğatına yönəlmiş paylaşımlar edirlər. Polis İstanbulun 10 rayonunda, eyni zamanda 14 ünvanda əməliyyat keçirib. Nəticədə aralarında Türkiyə, Özbəkistan, Suriya, Fələstin və Azərbaycan vətəndaşları olmaqla 10 nəfər tutulub. Saxlanılan suriyalı, fələstinli və özbəkistanlı İŞİD-çilərin deportasiya edilməsi üçün prosedur başladılıb. Azərbaycan vətəndaşı Elbrus H. barəsində isə araşdırmalar davam edir.

Virtualaz.org

Mənbə: virtualaz.org